Zəngəzur ermənilərin niyə "qırmızı xətt"idir?

10:32 31.05.2023 842
Zəngəzur ermənilərin niyə "qırmızı xətt"idir?

"Zəngəzur dəhlizinin müzakirəsi Ermənistanın qırmızı xəttidir".

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Qeyd edək ki, son günlər erməni rəsmilərinin oxşar məzmunlu açıqlamalarının sayı artıb.
Erməni tərəfi bu cür fikirlər səsləndirməklə nə əldə etmək istəyir?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın əsas iddiası İranla sərhədləri erməni sərhədçilərinin qorumasına nail olmaqdır.

Onun sözlərinə görə, bu kimi iddialarla Ermənistan Zəngəzur yolunda nəzarəti öz əlinə almağa çalışır:

“Əvvəl İran deyirdi, Zəngəzur bizim qırmızı xəttimizdir, indi də Ermənistan. Bunun nəyini qırmızı xətt elan edirlər? Ermənilər başqa vaxt deyir ki, blokada içində boğuluruq. Zəngəzur dəmiryolu xətti onları blokadadan çıxarır. Ömür boyu blokadada yaşamaq istəyirlərsə, yaşasınlar. Bu cür fikirlər səsləndirməklə, müəyyən şərtlər qoymağa çalışmaqla guya öz qiymətlərini qaldırırlar. Bu, erməni xislətidir. Mən əminəm ki, Ermənistanın əsas istəyi İranla sərhədə nəzarəti təmin etməkdir. Hazırda həm Türkiyə ilə, həm də İranla sərhəddi Rusiya sərhədçiləri qoruyur. Ermənistan suveren hüquqlarına qovuşmaqla Zəngəzur məsələsini öz xeyrinə həll etmək istəyir. Ancaq Rusiya istəyir ki, nəzarət öz əlində olsun. İndi nəzarət kimdə olsa, orada həmin ölkənin postu olacaq. Azərbaycan Laçın dəhlizində artıq nəzarət-buraxılış məntəqəsini qurub. O yoldan keçəcək sərnişin və yüklərə görə gömrük haqqı tələb olunacaq. Bir sözlə, əvvəl yolun açılmasına etiraz edən Ermənistan indi nəzarət məsələsinə köklənib”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}