Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.
Modern.az “CNN Turk”ə istinadən xəbər verir ki, Putin və Zelenskinin yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak edəcəyi iddia olunur.
Səfər ərəfəsində Ərdoğanın hər iki liderlə ayrı-ayrılıqda görüş keçirəcəyi deyilir. Görüşlərdə əsas müzakirə mövzusu taxıl dəhlizi və Ukraynadakı müharibənin gedişatı olacaq.
Hələlik səfərlə bağlı rəsmi açıqlama verilməyib.