Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edib.
“The Independent”in məlumatına görə, Volodimir Zelenskinin təyyarəsi artıq Londonda yerə enib.
Ukrayna liderini hava limanında Rişi Sunak qarşılayıb. Zelenski bu gün, həmçinin Böyük Britaniya kralı III Çarlzla da görüşəcək.
Məlumata görə, Zelenskinin Britaniyada təlim keçən ukraynalı hərbçilərlə də görüşəcəyi planlaşdırılır.
Qeyd edək ki, bu, Ukraynada müharibə başlayandan bu günə qədər, Zelenskinin xaricə ikinci səfəridir. Belə ki, O, ötən ilin dekabrında ABŞ-a səfər etmişdi.
Becan.az