Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.Becan.az “Report”a istinadla xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunub ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.
“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, - deyə, nazirlikdən bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcəyi barədə məlumat yaymışdı.