Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Xəbər verilir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan 7-9 iyun tarixlərində Rusiyada səfərdə olacaq və səfər çərçivəsində Soçidə Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının və Avrasiya Konqresinin daimi iclaslarında iştirak edəcək.
Becan.az