Qazaxıstanın Abay bölgəsinin Semey meşəsində baş verən yanğın nəticəsində 14 nəfər ölüb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəbər verilir ki, yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub. Aviasiya texnikası (altı helikopter) ümumi həcmi 192 ton olan 80 su atışı həyata keçirib.
Mövcud vəziyyət nəzərə alınaraq, əlavə olaraq Astana şəhəri və Qaraqanda vilayəti Fövqəladə Hallar Departamentinin 133 nəfərlik canlı qüvvə və vasitələrinin bir qrupunun və 48 texnikanın, həmçinin dörd helikopterin yanğın bölgəsinə göndərilməsi qərara alınıb.
Becan.az