Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTOLAR

11:24 11.06.2023 696
Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTOLAR

“Kulis.az” məşhur diktor Nərgiz Cəlilova haqqında maraqlı faktları təqdim edir.

Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.


Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. O, müsahibələrinin birində bu barədə belə deyir:


“Komissiyanın üzvləri arasında xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi”.

15 ilə qədər AZ TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonra illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.

Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:


“Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.

Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü.

25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı".


Beləliklə, ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir.


Diktorun ən çox sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:

“Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur”.


O, 2009-cu ildə Xəzər TV kanalında “Pəncərə”, 2015-ci ildə isə AZ TV-də “Sevilənlər” adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.

Nərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçür. 62 yaşlı diktorun bir nəvəsi də var.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:37

Azərbaycanda Türkiyə pulu keçərli olmadığına görə konsertini ləğv etdi

13:27

XƏBƏRDARLIQ: Temperatur 41 dərəcədən yuxarı olarsa...

13:52

Putin Moldavaya müdaxilə edəcək

13:41

İlham Əliyev Gəngə ilə bağlı SƏRƏNCAM imzaladı

13:19

Üzərlik bitkisinin tərkibində qadağan olunmuş maddələr var - Nazirlikdən XƏBƏRDARLIQ

17:44

İşığın qiyməti artırılacaq... Tarif Şurası yuxudan oyanır və...

17:06

Günorta yuxusu da çox xeyirli imiş...

16:55

Azərbaycanda Rusiya şəbəkəsi... - Siyahıda kimlər var?

17:05

Ruslar 700-ə yaxın hərbçisini mühasirədə itirdi

16:52

Ölkəyə gətirilən dərmanlarla bağlı yeni QƏRAR

16:41

Azərbaycan Kremlin planını pozdu - Kiyevə mühüm dəstək

12:20

Corab satan məşhur aktyor işlə təmin olundu - VİDEO

12:08

Qobu Bələdiyyəsində saxta sənədlərlə torpaqlar satılır

11:51

İran zəvvarları oğurlayır

11:26

Qusmanın işdən çıxarılması Putinin miskinliyidir - Professor

11:18

Tələbələrin təqaüdləri artırılıb: kimlər alacaq?

20:43

Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi

13:39

Azərbaycan qazı Suriyaya da nəql ediləcək

13:33

Rusiya Zəngəzur məsələsinə qarışmır

11:35

Ramiz Mehdiyevin qızının məktəbdəki payı əlindən alındı

11:28

Radarlardan itən Rusiya təyyarəsindəki bütün heyət ölüb

16:43

Rusiyada "azərbaycanlı ovu" davam edir

13:35

İlham Əliyevdən Trampa təşəkkür paylaşımı...

10:27

Milli mətbuat -150!

22:29

AZAL təyyarəsini vuran hərbçinin adı və şəkli yayılıb - FOTO

17:11

Əliyevin bu sözü raşistləri dəli etdi: Azərbaycanla müharibə çağırışları başladı

13:51

Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”

13:45

Yol vergisi ilə bağlı vacib QƏRAR

13:25

Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada yayınlandı - FOTO

11:16

Moskvaya kütləvi hücum - Hava limanları bağlandı - VİDEO

22:34

Utandım… Bir Daha Utandım...

11:34

Suriya türk təyyarələrini görmək istəyir

22:18

Putin məcburi səfərbərliyə başlayacaq

17:45

İsrail suriyalılara divan tutdu: Qadınlara təcavüz edildi, başları kəsildi...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO