Gənc zabitlərin buraxılış mərasimi keçirilib - VİDEO

21:14 12.06.2023 1 192
Gənc zabitlərin buraxılış mərasimi keçirilib - VİDEO

İyunun 12-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev məzunları salamlayaraq, onları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və öz adından təbrik edib.
Gənc zabitlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan general-leytenant H.Piriyev, onlara seçdikləri şərəfli yolda xidmətlərini nizamnamələrin tələblərinə uyğun qurmağı, Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmalarını tövsiyə edib.

Gənc zabitlər də öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə, üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Sonra "Zabit ixtisası kursu"nu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub.

Buraxılış mərasiminin sonunda gənc leytenantların hərbi orkestrin müşayiəti altında tribuna önündən təntənəli keçidi olub.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}