Ermənistan Suriyanın aqibəti ilə üzləşə bilər

20:56 17.06.2023 902
Ermənistan Suriyanın aqibəti ilə üzləşə bilər

“Ermənistan təxribatlarını davam etdirərsə, gələcəkdə Suriyaya çevrilə bilər”.

Bunu siyasi analitik Əziz Əlibəyli deyib.

O söyləyib ki, proseslərin inkişaf perspektivləri və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması həm də bölgədəki güclərdən asılıdır:

“ABŞ artıq Arazdəyən yaşayış məntəqəsində yerləşməyə başlayıb. Avropa İttifaqı isə Göyçə tərəfdədir. Türkiyə sərhədi boyunca rusiyalı və iranlı hərbçilər xidmət edir. Bu geosiyasi vəziyyət Ermənistanı regionun Suriyasına çevrilməsi üçün əlverişli şərait yaradır. Ermənistan təxribatlarını davam etdirərsə, gələcəkdə Suriyaya çevrilə bilər, çünki rəsmi İrəvan həmin qüvvələri balanslaşdıra bilmir”.

Politoloq bildirib ki, hazırda Cənubi Qafqazda böyük güclərin hesablaşması davam edir:


“Şərqi Avropa və Mərkəzi Asiyadan sonra Qafqaz üçüncü böyük hesablaşma mərkəzinə çevrilib. Sülh istiqamətində ciddi irəliləyiş əldə olunub. Amma bu nəticələr təhlükəlidir. Hər an əks-effekt verə bilər. Sülh perspektivi yaxınlaşır. Odur ki, həm Qərb, həm də Rusiya “xal qazanmaq istəyir”. Gərginlik də məhz bununla bağlıdır”.

Analitikin sözlərinə görə, davam edən sabotaj cəhdlərini hər nə qədər üçüncü qüvvələr idarə etsə də, Ermənistan hərbi-siyasi hakimiyyəti özü də “süddən çıxmış ağ qaşıq” deyil:

“Biz ermənilərin xislətinə bələdik. Tarixi təcrübə öz sözünü deyir. Təxribatların yekununda genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, iki məqamdan asılıdır. Birincisi, genişmiqyaslı müharibənin başlaması üçün Vaşinqton və Brüssel formatları uğursuz olmalıdır. İkincisi isə Zəngəzur dəhlizinin açılıb-açılmaması ilə bağlı Ermənistanın qərarı da bu məsələyə təsir edəcək. Qarşı tərəf dəhlizin açılmamasında israr edərsə, hərbi əməliyyatların başlaması qaçılmaz prosesə çevriləcək. Bu isə sülhə məcburetmə əməliyyatı olacaq”.

Qeyd edək ki, Ermənistan təxminən 10 gündür şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür.(Report)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}