ŞOK İTTİHAM: Bakıdakı bəzi yeni binaların heç 2 ballıq zəlzələyə dözümü yoxdur - VİDEO

11:32 16.02.2023 1 822
ŞOK İTTİHAM: Bakıdakı bəzi yeni binaların heç 2 ballıq zəlzələyə dözümü yoxdur - VİDEO

"Tükiyədə baş verən zəlzələ faciəsi ilə bağlı Allahdan vəfat edənlərə rəhmət, yaralılara şəfa diləyirik. Binalar bir-birinə yaxın tikilməsi səbəbindən bu cür xoşagəlməz faciələr yaşayırıq. Allah eləməsin, Bakıda da bu cür hallar təkrarlansın. "Gördüyünüz bu "HOME (HOM) Baku MTK" adlı tikinti şirkətinın tikdiyi binalar heç 2 ballıq zəlzələyə də tab gətirməz."

Bu sözləri "Azərbaycan Reallığı"na "KSM" MMC-nin hüquqşünası Mübariz Məsimoğlu geniş videoaçıqlaması zamanı deyib.

Mübariz Məsimoğlu bildirir ki, şəhərin mərkəzi Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 31 unvanında "8 Noyabr" metrostansiyası və "Papalin körpüsü"nün yaxınlığında inşa olunan bu yaxın-yaxın binaları gələcəkdə faciəli sonluqla nəticələnə bilər:

"Binanın alt qatında 9 metirlik yer qazılıb, hələ üstəlik nümayəndəsi olduğum "KSML" MMC-yə, videoda gördüyünüz kimi, xeyli ziyan vurub. Dəfələrlə aidıyyatı qurumlara şikayət etsək də, nədənsə şikayətlərimizə gec cavab verilir. Bir neçə aya aldığmız cavablar isə müsbət olmur.

2014 ci ildən Vüqar Cəfərov adlı şəxs Bakı Şəhər İcra Hakimiyyətindən icazə alıb bu binaları tikmək istəyib, amma həmin dövrdə şəhər meri Hacıbala Abutalıbov bu binaların tikintisinə icazə verməyib. Səbəb kimi sözügedən ərazinin kiçik olması baxımından hündürmərtəbəli binaların tikilməsinin mümkünsüz olduğu göstərilib. Amma sonradan mövcüzəli saxtakarlıqlar baş verib. 2014-cu ildə tikintisinə icazə verilməyən bu binaların 2018-ci ildə tikintisinə icazə verilib. Səbəb kimi isə bizə Bakı Şəhər İcra Hakimiyyətinin bizə məlum olmayan sənədlərini göstərirlər.

Çox günam ki, bu sənədlər də saxtadır. Amma biz hələ bilmirik buranın tikintisi üçün sərəncam sənədi Bakı Şəhər İcra Hakimiyyətinin arxivində var, ya yoxdur. Rəsmi müraciət etsək də, hələ ki, bizə sərəncamın sürətini verməyiblər. Videoda gördüyünüz bu çoxsaylı binaları, ölkədə pandemiya zamanı heç kim heç yerdə işləyə bilmədiyi bir vaxtda, bunlar işləyib tezbazar tikiblər. Yerin altını 9 metr qazıb, iki mərtəbəli qarajlar tikiblər. Gördüynüz bu torpağın altı boşdur, məhşur "Papalin körpüsü"nün 7-8 metrliyindədir.

2018-ci ildə ölkə başçısının verdiyi Sərəncama əsasən, bu binalarda ara məsafəsi gözlənilməlidir. Amma bunlar o sərəncamı qulağardına vurublar. Daha sonra ikinci bir saxtakarlığı ediblər. Belə ki, Bakı şəhər lahiyəsi işə keçmədiyindən, Gəncə Şəhər lahiyəsini arxivə yazıblar. Guya bu binalar Gəncə şəhər lahiyəsi kimi tikilib. Sərəncamda Bakı şəhər layihəsi əsasında tikinti aparıldığı göstərilir, amma arxivdə Gəncə şəhər layihəsi yerləşdirilib(?).

Bütün bu qanunsuzluqları Vüqar Cəfərov adlı şəxsin əli ilə ediblər. Onun bir mühəndisi var, Həmizə Zeynalov adlı şəxsdir. Gözdən əlildir, sənədləri saxtalaşdırırlar. O da nəyə desən, imza atır. Bu binaları "HOME (HOM) Baku MTK" adlı guya şirkət tikir, əslində o adlı şirkət yoxdur. Türkiyəli bir Əhməd Çətin adlı işbaz var, o, təkcə burada yox dünyanın müxtəlif ölkələrində başqalarının adlarına olan tikinti işlərini aparır. Heç bir cavabdehlik də daşımır. Bu binaların da ona məxsus olduğu iddia edilir. Qeyd edək ki, Əhməd Çətin adlı iş adamının Fətullah Gülənin 1 nömrəli adamlarından olduğu bildirilir.

Türkiyədə baş vermiş zəlzələdə bəlkə də Əhməd Çətin adlı iş adamının da tikdiyi binalar var. Bu araşdırılsa, ola bilər ki, ortaya çıxa bilər. Amma bu haqda bizim əlimizdə fakt yoxdur, araşdırılsa, yaxşı olar. Faktiki bu adam işlərinin arxasında özü durmur, nə edirsə Vüqar Cəfərov Həmzə Zeynalov kimi adamların əli ilə edir. Vüqar Cəfərov nümayəndəsi olduğum "KSM" MMC-nın direktoru Hacı Məhərrəmə deyib ki, bu sərəncamı almağa 2 millyon pul vermişəm. Sonradan bu binanın yerini 11 millyona satıb Əhməd Çətinə.

İndi siz təsəvvür edin, bu adamlar bu binanı tikənə kimi 13 milyon xərcləri çıxırsa, indi bu binalar hansı kefiyyətlə tikilə bilər? Hələ bu təkcə üzdə görünəndir, görmədiklərmiz də var. Burada bu cür cinayətlər baş verirsə, bu binaların zəlzələyə dözümlülüyünə heç kim zəmanət verə bilməz. Allah eləməsin, elə zəlzələ bizim şəhərdə baş versə, bu binalar heç 2 bal zəlzələyə dözə bilməyəcək.

Millətə zülm etməyin, milləti aldatmayın. Yazığdır bu binadan ev alan adamlar.

Bütün güc strukturlarına müraciət etmişik, bu vaxta kimi cavab ala bilməmişik. Baş prokuror cənab Kamran Əliyevə müraciət etdik, şikayətimizi göndərdilər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, işə müstəntiq Mikayıl Quliyev baxdı. Mikayıl müəllim cavab yazıb ki, burada heç bir sənəd saxtakarlığından söhbət gedə bilməz, subutlarınızı ortaya qoymalısınız.

Sual etdik ki, Mikayıl müəllim necə olur adam Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, ona 3 günə tikinti üçün sərəncam verilir? Sərəncamda verilən nömrələr dövlət reysterində yoxdur. Digər faktlar da verib, bildirdim ki, bunları araşdırsanız, görərsiz ki, burada korrupsiya faktları var. Mən evimi satsam, 5 manat dövlət vergisini ödəməsəm, məni çoxdan həbs etmişdilər. 5-10 manat pul mənimsəyən adamı tuturlar, 13 millyonu mənimsəyəni tutmurlar".


Sonda "KSML" MMC-nin nümayəndəsi Mübariz Məsimoğlu Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş prokuror cənab Kamran Əliyevə, daxili işlər naziri cənab Vilayət Eyvazova, dövlət təhlükəsizliyi xidmətinin rəisi cənab Əli Nağıyevə, iqdisadi inkişaf naziri cənab Mikayıl Cabbarova, fövqəladə hallar naziri cənab Kamaləddin Heydərova, Bakı şəhər icra hakimiyyətinin başçısı cənab Eldar Əzizova və digər güc qurumlarına müraciət edərək, xahiş edib ki, bu məsələni yaxından diqqətə götürüb, araşdırsınlar.

Yazıda və səsləndirilən ittihamlarda adı çəkilən istənilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}