Əli Əliyevin partiyası fəaliyyətini dayandırdı - BƏYANAT

14:48 25.06.2023 850
Əli Əliyevin partiyası fəaliyyətini dayandırdı - BƏYANAT

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya fəaliyyətini dayandırıb.

Xəbər verilir ki, fəaliyyətinə son verən siyasi qurum Vətəndaş və İnkişaf Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Azərbaycanın çağdaş siyasi həyatına 2006-cı il mayın 28-də daxil olan və öz fəaliyyətində dövlət maraqlarını daim əsas tutan, milli ideallara bağlılığını bir an da zəiflətməyən, ölkədə açıq və demokratik cəmiyyət quruculuğu prosesində prinsipial ardıcıllıqla mübarizə aparan Vətəndaş və İnkişaf Partiyası (VİP) 2022-ci ilin dekabrında Milli Məclisdə qəbul olunmuş, 2023-cü ilin yanvar ayında Dövlət Başçısı tərəfindən təsdiqlənən "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul etmişdir.

Vətəndaş və İnkişaf Partiyası fəaliyyət göstərdiyi 17 il ərzində 3 dəfə parlament (2010, 2015, 2020), 2 dəfə isə prezident (2013, 2018) seçkilərində öz namizədi ilə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən noyabrın 8-nə qədər davam edən və işğal altında olan torpaqlarımızın əksər hissəsinin azad olunması ilə nəticələnən Vətən müharibəsində dövlətçilik və milli dəyərlərə uyğun mövqe sərgiləmişdir.
"Siyasi partiyalar haqqında" yeni qanunun işlənməsi və qəbulu prosesinin davam etdiyi, həmçinin qanunun qəbul edildiyi vaxtda VİP sədri Əli Əliyevin həbsdə saxlanılması partiyamızın vəziyyətini digər siyasi təşkilatlarla müqayisədə daha da ağırlaşdırıb və qanuna uyğunlaşma istiqamətində həyata keçirilən fəaliyyətə ciddi əngəl yaratmışdır. Vurğulanan səbəblər üzündən yeni qanunvericiliyə uyğun olaraq, tələb olunan imzaların toplanması mümkün olmaması səbəbindən VİP gələcək fəaliyyətini müzakirəyə çıxarmaq məcburiyyətində qalmışdır.

Yuxarıda qeyd olunanları əsas götürərək, yeni qəbul edilmiş qanundan doğan vəziyyətdə siyasi partiya formasında fəaliyyətin davam etdirilməsinin hüquqi məsuliyyət yaratdığını əsas götürərək, qərara alırıq:

Ölkənin siyasi həyatında 17 il mövcud olan, bu müddət ərzində Millətə, Dövlətə, öz dəyişməz prinsiplərinə heç vaxt arxa çevirməyən Vətəndaş və İnkişaf Partiyasının (VİP) fəaliyyətinə xitam verildiyini bəyan edir, bu şərəfli yolda birgə addımladığımız mübarizə yoldaşlarımıza minnətdarlığımızı bildiririk".


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO