Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə pandemiyadan zərər çəkmiş sahibkarlara 41,4 milyon manat vəsait ödənilib.
BECAN.AZ Musavat.com-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Bu vəsait 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək olan dövrü əhatə edir və dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilib.