İranda molla rejimindən narazı gənc bu ölkənin bayrağını yandırıb.Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Çəkiliş aparan gənc,
“Qadın, Həyat, Azadlıq” şüarlarını səsləndirib.
O, İran bayrağını etiraz aksiyaları zamanı molla rejimi tərəfindən qətlə yetirilən etirazçıların qisasını almaq üçün yandırdığını bildirib.
Heç kimdən qorxmadığını deyən İran vətəndaşı, ona bir şey olacağı təqdirdə məsuliyyəti molla rejiminin daşıdığını vurğulayıb.
Etirazçı rejimin İran xalqının tarixinə, mədəniyyətinə, etnik quruluşuna laqeyd olduğunu, insanların qəzəb atəşində yandığını deyib.
Becan.az