Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan Prezidentlərinin Avropa İttifaqı Prezidentinin iştirakı ilə iyulun 15-də üçtərəfli görüşü planlaşdırılmışdı. Artıq görüşün baş tutduğu bildirilir. Belə ki, bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirilib.
Becan.az