Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti bundan sonra ölkənin birinci prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməyəcək.Becan.az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev Sərəncam imzalayıb.
İyunun 29-da məlum olub ki, sabiq prezident
"Nazarbayev Universiteti", "Nazarbayev İntellektual Məktəbləri" və
"Nazarbayev Fondu" kimi təşkilatların ali qəyyumlar şurasının rəhbəri statusunu da itirib.