Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə bu ölkəyə səfərə gedib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, səfərin məqsədi İstanbul şəhərində keçiriləcək
"IDEF - 23" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etməkdir.
Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Becan.az