Türkiyənin yeni müdafiə naziri kimdir?

15:28 4.06.2023 1 306
Türkiyənin yeni müdafiə naziri kimdir?

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.

Ərdoğan keçirdiyi mətbuat konfransında yeni dövrdə nazir olacaq şəxslərin adlarını təqdim edib.

Siyahıya əsasən Türkiyənin Müdafiə Nazirliyinə bundan sonra Yaşar Gülər rəhbərlik edəcək. Hazırda Yaşar Gülərin kim olduğu, Türkiyənin yeni müdafiə nazirinin kimliyi gündəm olub. Ölkə.az Yaşar Gülərin dosyesini incələyib.

General Yaşar Gülər ​​son dövrlərdə ən çox araşdırılan şəxslər arasındadır. Gülər ​​Prezidentin 09 iyul 2018-ci il tarixli sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib. Türkiyə Silahlı Qüvvələrində bir çox yerdə xidmət edən Y.Gülər ​​1954-cü ildə Ərdahanda anadan olub. 1974-cü ildə Hərbi Akademiyanı, 1975-ci ildə Döyüş Məktəbini leytenant rütbəsi ilə bitirib.

1975-1984-cü illər arasında müxtəlif birliklərdə Döyüş Komandası və Bölük Komandiri vəzifələrində çalışan general Yaşar Gülər, 1988-ci ildə Silahlı Qüvvələr Akademiyasını bitirib.

Qərargah zabiti kimi, 1986-1988-ci illərdə Daxili Regional Komandanlıqda Əməliyyat rəisi, 1988-1991-ci illərdə Quru Qoşunlarının Təftiş və Qiymətləndirmə Rəhbərliyində Plan Mütəxəssisi, eləcə də 1991-ci ildə 12-ci Piyada Diviziyasının Əməliyyat və Təlim Şöbə Müdirliyi vəzifələrində çalışıb. 1992-1994-cü illərdə Silopidə Daxili Komandan vəzifələrini icra edib.

Briqada generalı rütbəsi ilə 2001-2003-cü illərdə 10-cu Piyada Briqada Komandanlığı vəzifəsində çalışıb və 2005-ci ildə general-mayor rütbəsinə yüksəlib.

General-mayor rütbəsi ilə 2005-2007 illər arasında MEBS Məktəbi və Təhsil Mərkəzi Komandanlığı, 2007-2009 illər arasında isə Gnkur Təhsil şöbəsinin rəisi vəzifəsində çalışıb və 2009-cu ildə general-leytenant rütbəsi alıb.

General-leytenant rütbəsi ilə o, 2009-2010-cu illərdə Xəritəçəkmə Baş Komandanlığı, 2010-2011-ci illərdə 4-cü Korpus Komandanlığı, 2011-2013-cü illərdə Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə Quru Qoşunlarının komandanı, son olaraq isə 09 iyul 2018-ci il tarixli Prezidentin sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib.

Türkiyə Silahlı Qüvvələrinin üstün xidmət medalı və TSQ Şərəf medalına sahib olan general Yaşar Gülər ​​bəzi ölkələr tərəfindən da müxtəlif medallarla təltif olunub.

Demet Gülərlə evli olan general Yaşar Gülərin bir övladı və iki nəvəsi var. O, ingiliscə səlis danışır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO