Rasim Balayevin rəhbərlik etdiyi qurum bəyanat verib

12:56 26.07.2023 1 513
Rasim Balayevin rəhbərlik etdiyi qurum bəyanat verib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyəti Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşmək məqsədli bəyanat yayıb.

İttifaqdan verilən məlumata görə, bəyanatda deyilir:

“44 günlük Vətən müharibəsi xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalq öz qəhrəmanlığı və yüksək mənəvi dəyərlərə bağlılığı ilə dünyanı heyrətləndirdi. Bu qələbəni dünyaya çatdırmaq, xalqımızın unikal ruh dünyasını kino dili ilə ifadə etmək kinematoqrafçılarımız qarşısında duran bir nömrəli vəzifədir. Lakin kinomuzda son illərin krizisli durumu, kino xadimləri, gənc kinematoqrafçılar arasında pərakəndəlik, kino sektorunda sistemsizlik yüksək nəticələr əldə etməyə mane olur. Xüsusilə bir ad altında iki Kinematoqrafçılar İttifaqının olması sıralarımıza dağınıqlıq gətirir, kinematoqrafçılar arasında həmrəyliyə mane olur.

1958-ci ildə yaradılmış Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) öz ətrafında peşəkar, istedadlı, zəhmətkeş kinematoqrafçıları birləşdirib. Onlar öz fəaliyyəti ilə səmimi qəlbdən kinomuzun inkişafında maraqlı olduqlarını nümayiş etdiriblər. AKİ olaraq öz tərəfimizdən bildiririk ki, kino təhsili, kino dərsliklərinin hazırlanması, kino festivallarının dəstəklənməsi, kinematoqrafçıların sosial dəstəyi, kino mətbuatının inkişafı, filmlərimizin təbliği sahəsində fəaliyyətimiz haqda kino ictimaiyyətimiz ətraflı məlumatlandırılıb. Lakin nəticələrimizin yüksəldilməsi, kinomuzda uğurla islahatların aparılması üçün iki qohum təşkilatın birliyi mütləqdir.

Biz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üzvlərinə müraciət edib, birləşmək istiqamətində birgə fəaliyyətə çağırırıq. Bu birlik təşkilatlar arasında ədalətlilik prinsipi əsasında olmalıdır. Lətif Səfərov, Həsən Seyidbəylinin başladığı, hər iki İttifaqın rəhbərliyində təmsil olunan kino xadimlərinin şərəflə davam etdiyi yol qırılmamalı, uğurla Milli kinomuzun inkişafı naminə davam etməlidir!

Bir daha Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət edib səylərimizi, təşkilatlarımızı birləşdirmək naminə əməli fəaliyyətə keçməyə çağırırıq!”

Qeyd edək ki, Azərbaycan Kinomatoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}