Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına dəyişiklik edilib.
Xəbərə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Belə ki, qaydaya yeni bənd əlavə olunub. Yeni bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə veriləcək.
Becan.az