Ağsuda qaz idarəsinin işçiləri abonenti incidir? – İDDİA

14:12 2.08.2023 2 178
Rəis müavininin şikayətçiyə cavabı

Ağsuda qaz idarəsinin işçiləri abonenti incidir? – İDDİA

Ağsu Regional Qaz İstismar İdarəsi(RQİİ) Ağsu Xidmət Sahəsinin(XS) əməkdaşları tərəfindən abonentin incidilməsinə dair redaksiyamıza şikayət yüklü müraciət daxil olub. Müraciəti saytımıza Ağsu şəhər sakini Orxan Mahir oğlu Mirzəzadə ünvanlayıb.

Şikayətçi bildirir ki, Agsu şəhərinin Babək kucəsində yaşayır. Onun sözlərinə görə, 2022-ci ilin dekabr ayında Ağsu RQİİ XS-nin əməkdaşları, xəbər vermədən, istifadəsində olan smart tipli qaz sayğacını dəyişdirərək, onu mexaniki qaz sayğacıyla əvəzləyiblər:

"Abonent kodumu itirdiklərini deyən qaz işçiləri 2023-ci ilin mart ayının 28-ə qədər dolandırıcı yollara əl atdılar. Üç ay muddətində mən faktiki istifadə etdiyim qazın pulunu odədim. Mart ayında, necə oldusa, qaz işçiləri abonent kodumu tapa bildilər. Abonent kodunu gətirib mənə təqdim elədilər, üstündə də 400 manat qazdan istifadə borcu! Çaşıb qaldım. Çünki mənim smartkartla qaz sərfiyyatm qış aylarında maksimum 30 manat, yay aylarında isə 3 manat olub.

Nə isə, çox uzatmadım, dedim, eybi yox, hissə-hissə ödəyərəm. Borcu hissə-hissə ödəməyimə Ağsu RQİİ XS-nin rəis müavini Həbib Quliyev də etiraz etmədi, çox asanlıqla razılaşdı. Amma sonra nələr baş verəcəyini əvvəlcədən bilmədim.

İyul ayı ərzində 3 manatlıq qaz sərfiyyatım olduğu halda, borca görə 70 manat pul ödədim. Əvəzində, bir neçə gün əvvəl qaz işçiləri gəlib dedilər ki, bizi Həbib müəllim göndərib, qazın verilişini dayandırmalıyıq. Səbəbini soruşanda, "qaza olan borcunu tam ödəməlisən" dedilər.

Belə çıxır ki, Həbib Quliyev smartkart sayğacını mexaniki sayğacla əvəzləməklə, abonentlərin ayağına əlavə borc yükləyir, əvvəlcə hissə-hissə ödə deyir, bir neçə ay sonra isə çökür abonentin boğazına ki, borcun hamısını ödə!.. Bu özbaşınalıqdır, vəzifədən sui-istifadədir! Camaat ərzaq almağa pul tapmır, qaz işçilərisə əhalinin çətin vəziyyətində "qaz vurub, qazan doldurmaq"la məşğuldurlar!"

Şikayətçi Orxan Mirzəzadə saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət edib, yenidən qaz sayğacının smartla əvəzlənməsini istəyir:

"İnanıram ki, "Azəriqaz" rəhbərliyi tez bir zamanda mənim şikayətimi araşdıracaq və yaranmış problemi yoluna qoyacaq".

Məsələ ilə bağlı Ağsu RQİİ Ağsu XS-nin rəis müavini Həbib Quliyevlə əlaqə saxladıq. H.Quliyev bildirdi ki, abonent şikayət etməkdə haqlı deyil, çünki istənilən vətəndaş istifadə etdiyi qazın pulunu ödəməlidir:

“Orxan Mirzəzadə müraciətində məlumatları düzgün qeyd etməyib. Onun istifadə etdiyi smart tipli qaz sayğacı mexaniki sayğacla 01.04.2022-ci il tarixində dəyişdirilib. Həmin tarixdən bu günə qədər, yəni 15 ay ərzində Orxan Mirzəzadə 396 manat həcmində mavi yanacaq yandırıb. Lakin, o, bu müddət ərzində cəmi 175 manat pul ödəyib, 221 manat isə borcu qalıb. İndi həmin abonent deyir ki, borcu sayğacının yenidən smart tipli sayğacla təmin olunacağı halda ödəyəcək. Yəni, istifadə etdiyi qazın pulunu ödəmək istəmir. Smart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi isə “Azəriqaz”ın təlimat və tapşırığı əsasında aparılıb və smart sayğaclar dövriyyədən çıxarılıb. Biz qanundan kənara çıxa bilmərik. Odur ki, Orxan Mirzəzadə qazdan istifadəyə görə yaranmış borcunu mütləq şəkildə ödəməlidir, əks təqdirdə, ona göstərilən qaz xidməti dayandırılacaq”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}