Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, nazirlər “Taxıl sazişi”nin bərpası, Qara dənizdə təhlükəsizliyin təminatı və NATO-nun genişlənməsini müzakirə ediblər. Danışıq zamanı Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə edilib.
Becan.az