Gələn il pensiyalar ikirəqəmli faizlə arta bilər

12:49 16.08.2023 2 009
Gələn il pensiyalar ikirəqəmli faizlə arta bilər

Hazırki tendensiya gələn il bütün növ əmək pensiyalarında ikirəqəmli artım olacağını göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, mövcud qaydalara əsasən, əmək pensiyaları il ərzində orta aylıq əmək haqqındakı artım faizi ilə indeksasiya olunur.

"Pensiya kapitalı isə əvvəlki ildə illik infilyasiya səviyyəsinə indeksasiya olunaraq artırılır. Yəni, 2024-cü ilin yanvarında əmək pensiyaları 2023-cü ildə orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə 2023-cü ildə qeydə alınan rəsmi infilyasiyaya indeksasiya olunaraq artırılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında nominal orta aylıq əmək haqqı 11.5 faiz artıb. Bu ondan xəbər verir ki, orta aylıq əmək haqqında iki rəqəmli artım var”,
- deyə, deputat əlavə edib.

V.Bayramov qeyd edib ki, mövcud artım tempi ilin sonuna qədər qorunarsa, o halda əmək pensiyaları 2024-cü ildə ikirəqəmli indeksasiyaya cəlb oluna bilər.

"Hazırda bu rəqəm 11.5 faizdir. İlin sonuna qədər orta aylıq əmək haqqında hər hansı bir ciddi fərq baş verməzsə, bu halda növbəti ilin yanvarında bütün növ əmək pensiyalarının 11 faiz ətrafında artırılması mümkün olacaq. Təbii ki, dəqiq rəqəm 2024-cü ilin əvvəllərində bəlli olacaq. Amma tendensiya onu göstərir ki, gələn il əmək pensiyalarında ikirəqəmli artım olacaq”, - deyə, o, vurğulayıb
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}