Avqustun 18-i Prezident İlham Əliyev Kolumbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
Xəbər verilir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bundan başqa, dövlət başçısı Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini də qəbul edib.
Eyni zamanda, Prezident Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib.
Becan.az