Teatrdan qovuldu, Amaliya Pənahova onu xilas etdi - Xalq artistinə kimlər borclu qaldı?

15:20 20.08.2023 1 050
Teatrdan qovuldu, Amaliya Pənahova onu xilas etdi - Xalq artistinə kimlər borclu qaldı?

Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel, 1917-ci ildə Şuşa şəhərində doğulub. Maddi səbəblərə görə 1930-cu ildə Bakıya köçüblər...

Becan.az Kulis.az-a istinadən Xalq artisti Məhluqə Sadıqova haqqında maraqlı faktları təqdim edir.

***

O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili aldığı illərdə isə rəqs və dram dərnəklərinə getməyə başlayıb.

Məhluqə Sadıqova 1936-cı ildə Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş", "1905-ci ildə", "Göy quş", "Skapenin kələkləri", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Xanlar", "Günahsız müqəssirlər", "Şeyx Sənan", "Qış nağılı", "Vanya dayı", "Şeytanın şagirdi", "Nazirin xanımı", "Lənkəran xanının vəziri", "Qadın faciəsi", "Yalan", "Atayevlər ailəsi", "Şöhrət və ya unudulan adam" və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.

***

1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının ovaxtkı rəhbəri Həsənağa Turabov Məhluqə Sadıqova da daxil olmaqla bir neçə qocaman aktyoru teatrdakı işindən azad edir. İşsiz qalan aktyorlar Sofa Bəsirzadə, Məhluqə Sadıqova və Muxtar Avşarov sonradan Amaliya Pənahovanın dəvəti ilə Bələdiyyə Teatrında işə düzəlirlər.

Aktrisanın həmkarı Azad Şükürov müsahibələrinin birində bu barədə deyir:

""Aktyor səhnədə ölməlidir" deyirlər. Yaşı ilə əlaqədar onu Milli Dram Teatrından çıxaranda küsdü. Çünki o teatra sadəcə iş yeri kimi baxmırdı. Onun üçün Milli Dram Teatrı evi, doğma ocağı idi. İşdən çıxarılanda sanki doğmasından zərbə almışdı... Mən onu heç vaxt xəstə halda görmədim. Hamıdan qabaq gələr, ifa edəcəyi rola uyğun paltar geyinib oturardı. Hamımız təəccüb edirdik ki, hər dəfə belə tez gəlməyi, işə bu qədər məsuliyyətli olmağı necə bacarır... Gənclərə də deyirdi ki, işlərini sevsinlər, məsuliyyətlə yanaşsınlar. Tək işlə bağlı yox, elə digər məsələlərdə də gənclərdən məsləhətini əsirgəməzdi. Kimsə siqaret çəkəndə bir də görürdün ki, çağırıb bir kənara, tənbeh edir, deyir ki, səhhətinə ziyandır, olmaz. Açığı öz səhhətinə qarşı da məsuliyyətli idi. Soyuqda həmişə qalın geyinərdi ki, xəstə olmasın. Bəlkə, buna görə də biz onu yaşının çox olmasına baxmayaraq xəstə, pis vəziyyətdə görmədik".

Uzun illər Milli Dram Teatrında Məhluqə Sadıqova ilə birgə çalışmış Xalq artisti Rafiq Əzimov görkəmli aktrisanı belə xatırlayır:

"90-cı illərdə bir çox aktyor, aktrisalarımızı Dram Teatrından uzaqlaşdırdılar. İndinin özündə də həmin hadisə bizim qəlbimizdə ağrılı hadisə kimi qalır. Həmin illərdə bir çox istedadlı, qocaman sənətkarımız teatrdan uzaq düşdülər ki, onların arasında Məhluqə xanım da var idi. Lakin sağ olsun Amalya xanım, - 1992-ci ilin noyabrında Məhluqə Sadıqovanı Bələdiyyə teatrına dəvət etdi.

Orada çalışdığı illərdə Məhluqə Sadıqova bir çox obrazları çox ustalıqla canlandırıb. Bələdiyyə teatrının Türkiyəyə tez-tez səfərləri olurdu. Biz eşidirdik ki, yaşının çoxluğuna baxmayaraq, Məhluqə Sadıqova böyük həvəslə həmin səfərlərdə təşkil olunan tamaşalarda çıxış edir".


Aktrisa 40 ildən çox Azərbaycan radiosunun "Bulaq" verilişinin aparıcılarından biri olub. 1969-cu ildə yaranan "Bulaq" verilişi üçün o zaman çox aparıcılar sınanıb, saf-çürük olunduqdan sonra, Məhluqə Sadıqova və Səməndər Rzayev "Bulağ"ın səsi kimi qəbul edilmişdi. Hər bazar günü eyni vaxtda - saat 19.30-da... Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verirdi.

Məhluqə Sadıqova ilə Bələdiyyə teatrında birgə çalışmış Əməkdar artist Mahirə Yaqubova xatırlayır:

""Tənha qadınlar" tamaşasındakı Dihabəyim obrazını mənə verdilər. Bu rolu əvvəllər Məhluqə xanım oynamışdı. Tamaşanın məşqlərinə ara-sıra gəlir, otağın qapısından baxıb keçirdi. Mənə elə gəlirdi ki, onun obrazını canlandırdığım üçün məni qısqanır. Çünki həmin obrazı illərlə Məhluqə xanım çox ustalıqla canlandırmışdı. Tamaşanı səhnədə canlandıran, gördüm ki, o da zaldan məni izləyir. Tamaşa bitdikdən sonra yaxınlaşıb, dedi ki, "xəstə idim, lakin gəlməliydim. Elə şeylər oldu ki, məndən yaxşı etdin". O sözündən sonra ürəkləndim, başa düşdüm ki, məni qısqanmır...

Yaşı çox idi deyə, Amaliya xanım deyirdi ki, hər gün gəlməsin, yorular. Lakin evdə darıxdığını deyir, hər gün teatra gəlirdi. Amma zal soyuq olduğuna görə də çox otura bilmirdi, evə qayıdırdı. Xüsusilə, kimin maddi sıxıntısı var idisə, Məhluqə xanıma yaxınlaşırdı. O da deyirdi ki, mənə çox pul lazım deyil. Hətta, bəzi hallarda verdiyi borcları da geri almırdı, deyirdi ki, gəncsən, özündə saxla, lazımın olar. Bəzən kənardan özü də müşahidə edirdi ki, kimin vəziyyəti pisdir. Heç ona müraciət etməmiş bir də görürdün ki, yanına çağırıb cibinə pul qoyur".

***

Məhluqə Sadıqova 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

***

Aktrisa 2003-cü il, avqust ayının 15-də Bakıda vəfat edib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:36

İrandan təhdid: İsraili qoruyacaq istənilən ölkə vurulacaq!

09:27

İsrail qırıcıları Zəncan və Həmədanı vurur - VİDEO

11:05

ABŞ və Rusiyadan Ərdoğana siyasi hədiyyə...

09:38

Sumqayıtda yataqxanada yanğın baş verib

11:36

Gənc Qazilər Birliyinin sədri həbs edildi

12:50

Ənvər Həsənov o cür dəfnə layiq idimi? - Rza Rzayev

09:56

Tehranla İrəvanın Bakıya qarşı qaz planı: Türk ölkəsindən…

09:52

Türkiyədə daha 12 şirkətin hesabına həbs qoyulub

09:47

Xolesterolu aşağı salan qidalar...

12:01

Təqaüd və müavinətlər nə vaxt artırılacaq? - AÇIQLAMA

11:45

DSX əməliyyat keçirdi: PUA-nın gətirdiyi narkotik tutuldu - VİDEO

11:39

Putinin SSRİ-ni diriltmək istəyinə son qoymalıdır

11:32

Ağsuya dolu, bəzi dağlıq rayonlara qar yağdı

10:56

İranı etiraz dalğası yenidən bürüyür

14:16

Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır

14:10

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırıb

13:59

İmamoğlunun həbsinə görə etiraz edən 343 nəfər saxlanıldı

11:29

Xarici ölkələr Bakı və İrəvanın addımını alqışlayır

11:24

Üç ölkənin səfirləri XİN-ə çağırıldı

11:16

Həqiqi hərbi xidmətin müddəti ilə bağlı QƏRAR

12:10

Digər müavinət və təqaüdlərdə də artımlar olacaq

11:56

Xaçmazda cinayətkar dəstə üzvləri saxlanılıb

12:10

“Ahəng qanununa uyğun işləyirəm” – Ceyhun Musaoğlu ilə 50 yaşın müsahibəsi

11:56

Ermənistan cinayətlərinin unudulacağına inanırsa, yanılır - Hikmət Hacıyev

10:22

Elşad Miri "Qəbir əzabı yoxdur" deyir... - Reaksiya

10:12

Türkiyə yenidən ABŞ təlimlərinə qatılacaq

21:15

ABŞ-sız Avropa Rusiyanın qarşısında acizdir

21:00

Rusiyanın bank sektoru Trampdan yeni məhdudiyyətlər görəcək

15:58

Maaş və təqaüd problemindən sonra məzuniyyət qalmaqalı

15:14

DYP-dən səhhətində problemlər olan sürücülərə müraciət

17:19

Baş redaktor və müavini azadlıqdan məhrum edildi

19:40

Prezidentdən töhmət alan məmurlar - SİYAHI

18:57

Azərbaycan Prezidenti sabah Türkiyəyə səfər edəcək

13:49

Şahbaz Şərif Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına tapşırıq verib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO