Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.
“Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi”, - deyə, Vladimir Putin bildirib.
Rusiya lideri əlavə edib ki, təhqiqat komitəsinin rəhbəri təyyarə qəzası ilə bağlı araşdırmaya başlayıb./APA