“Uzun müddətdir ki, davam edən Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına öz təsirini göstərir. Xüsusilə də, istehlak bazarında qiymətlərdə ciddi artımlar müşahidə edilir. Müharibə davam etdiyi müddətdə bu tendensiya davam edəcək”.Bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam etdikcə taxıl bazarındakı çətinliklər də aradan qalxmayacaq. Vəziyyət daha da çətinləşəcək:
"Anlaşmanın pozulması da buğdanın dünya bazarına çıxarılmasında çətinliklər yarada bilər. Bu mümkündür. Ona görə də müharibənin davam etməsi iqtisadi baxımdan həm dünya, həm də region üçün arzuolunan deyil”.V.Bayramov qeyd edib ki, Azərbaycan gördüyü tədbirlər sayəsində müharibənin iqtisadiyyata təsirlərini minimumlaşdırmağa çalışır. Ölkədə buğda idxalının artırılması da məhz bundan xəbər verir:
“Azərbaycanın istehlak bazarında tarazlıq qorunub saxlanılır. Ölkədə buğda idxalı artırılır. Lakin təbii olaraq idxal hər zaman təsirli deyil”.Becan.az