"Ermənistanı Rusiyada ruspərəst, Qərbdə qərbyönlü hesab etmirlər"

12:19 3.09.2023 980
"Ermənistanı Rusiyada ruspərəst, Qərbdə qərbyönlü hesab etmirlər"

"Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir".

Xəbər verilir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“Bilirsiniz, təbii ki, bu mövzuda (Laçın yolu – red.) rusiyalı tərəfdaşlarımızla söhbət edirik. Və o söhbətdən asılı olmayaraq, bizim fərziyyələrimiz var. Və biz bu fərziyyələrdən danışanda Rusiyada baş verən bir sıra hadisələr də bizi tarixi paralellərə aparır.

Rusiya Federasiyası kifayət qədər uzun müddətdir ki, bizim regionda, Cənubi Qafqazdadır. Amma biz elə hallar görmüşük ki, bir gün, bir ay və ya bir ildə Rusiya Federasiyası Cənubi Qafqazı sadəcə olaraq tərk edib. İndi bir çox rusiyalı tərəfdaşımız Qərb dövlətlərinin Ermənistanla işləməsindən və ya Ermənistan hökumətini Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar. Amma biz rusiyalı tərəfdaşlarımızla danışanda bəzən deyirik, öz fikrimizi və qiymətləndirməmizi edirik ki, əksinə, Rusiyanın özünün atdığı və ya atmadığı addımlara görə bölgədən getdiyini görürük. Hansı səbəblərdən, biz bilmirik. Şərh verə bilərik, amma mən iddia edə bilmərəm. Spekulyasiya edə bilərdim, amma indi etməyəcəyəm. Aydındır ki, Laçın dəhlizi bizi çox narahat edir və maraqlandırır və bu, yeni deyil. Amma elə proseslər var ki, eyni ssenarinin təkrarlana biləcəyi haqda rəy yaradır ki, bir gün biz sadəcə olaraq ayılıb Rusiyanın burada olmadığını görəcəyik”,
- deyə, o, bildirib.

Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlılarının nəzarətində olmalı olan “Laçın dəhlizi” indi iki səbəbdən Rusiya sülhməramlılarının nəzarətində deyil:

“Rusiya Federasiyası ya Laçın dəhlizinə nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Hər ikisi bizim baxımdan problemdir”.

Paşinyan Ermənistanın Qərbdə ruspərəst, Rusiyada qərbpərəst imicindən də bəhs edib:

“Görün bu vəziyyət Ermənistan üçün necə təhlükəlidir: Ermənistan formal olaraq - mən niyə “formal olaraq” deyirəm, çünki biz faktiki olaraq onun mexanizmlərindən istifadə edə bilməmişik - KTMT-nin, Avrasiya İqtisadi İttifaqının üzvüdür, Ermənistanın Rusiya Federasiyası ilə strateji tərəfdaşlıq müqaviləsi var və bu məntiqə görə bütün Qərb dövlətlərinin və ya ekspertlərin nəzərində Ermənistan rusiyayönlü ölkədir. Digər tərəfdən, Rusiyada bir çox dairələr Ermənistanı və ya onun indiki hakimiyyətini qərbyönlü hesab edir, çünki bizdə hökumət xalqın əksəriyyətinin səsi ilə formalaşıb. Bu gün buradakı mövqeyimizlə bağlı ən böyük problem ondan ibarətdir ki, əgər ruspərəstliyin potensial üstünlükləri varsa və ya qərbpərəstliyin hər hansı üstünlükləri varsa, Ermənistan rusiyapərəstliyin üstünlüklərindən yararlana bilmir, çünki ən azı Rusiyada Ermənistanı kifayət qədər rusiyapərəst hesab etmirlər. Məsələn, ona görə ki, onların nöqteyi-nəzərindən Ermənistan Ukrayna ilə bağlı Rusiyaya kifayət qədər dəstək vermir. Digər tərəfdən, Ermənistan qərbpərəstliyin mümkün üstünlüklərindən və ya faydalarından istifadə etmək iqtidarında deyil, çünki Qərbdə də hesab olunur ki, Ermənistan kifayət qədər qərbyönlü deyil”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO