Bu gün ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya rəsmi səfərə gəlib.Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
“Avropa həqiqəti” nəşrinın yazdığına görə, amerikalı məmur artıq Kiyevdədir.
Media onun səfəri barədə bir gün əvvəl xəbər tutsa da, ABŞ Dövlət Departamenti bu məlumatı təsdiqləməkdən imtina etmişdi. Hazırda isə Telegram kanalları Kiyevin mərkəzinin bağlandığını əks etdirən görüntüləri dərc edir.