Dünya Rusiyaya aldanmamalıdır...

22:55 20.03.2023 1 054
Dünya Rusiyaya aldanmamalıdır...

Çin Sədri Si Cinpinin Moskvaya rəsmi səfəri Çinin Ukraynada Rusiya cinayətlərinə “diplomatik örtük” hazırladığını göstərir.

CNN xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Rusiya və Çin rəhbərlərinin görüşünü şərh edərkən bildirib.

“Sədr Sinin Beynəlxalq Cinayət Məhkəməsinin Prezident Putin haqqında həbs qərarı çıxarmasından bir neçə gün sonra Rusiyaya səfəri Çinin Ukraynada törədilən vəhşiliklərə görə Kremli məsuliyyətə cəlb etmək üçün heç bir cavabdehlik hissi daşımadığını və onları pisləməkdənsə Rusiyanın cinayətlər törətməyə davam etməsi üçün diplomatik örtüklə təmin edəcək”, - Blinken Dövlət Departamentində çıxışında bildirib.

Blinken Çinin “Ukrayna böhranının siyasi həlli ilə bağlı” təşəbbüsünü də şərh edib. O, qeyd edib ki, Pekinin təkliflərində ABŞ-ın dəstəklədiyi elementlər var, lakin Rusiya qoşunları Ukraynadan çıxarılmadan atəşkəslə bağlı istənilən çağırışlar “Rusiya istilasının ratifikasiyasına dəstək demək olar”.

“İndi uzunmüddətli həlli olmayan atəşkəs Prezident Putinə dincəlməyə və qoşunlarını yenidən təchiz etməyə, sonra isə Rusiya üçün daha əlverişli vaxtda müharibəni bərpa etməyə imkan verəcək. Dünya öz şərtləri əsasında müharibəni dondurmaq üçün Çin və ya hər hansı digər ölkənin dəstəklədiyi Rusiyanın taktikasına aldanmamalıdır”, - Blinken əlavə edib.

Xatırladaq ki, martın 20-də Çin Sədri Si Cinpinin Rusiyaya dövlət səfəri başlayıb. Eyni gün Çin rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-formal görüş baş tutub. Danışıqlar 4,5 saat davam edib. Si Cinpinin Rusiyaya səfəri martın 22-dək davam edəcək.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}