Türkiyə prezidentliyinə keçmiş namizəd, strateji araşdırmaçı Sinan Oğan "X" (tvitter) hesabında Azərbaycanın Xankəndi şəhəri ilə bağlı paylaşım edib.Xəbər verilir ki, o,
"Xankəndi" qeydi ilə Azərbaycanın bayrağı və gerbi fonunda çəkdirdiyi fotosunu paylaşıb. Fotunun üzərində
"Xankəndi türk dünyasının qürurudur!" sözləri yazılıb.
Başqa bir tvitində isə, o,
"Zəngəzur koridoru mütləq açılacaq!" yazıb.
Becan.az