Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.Axar.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə artan gərginliyi müzakirə edib.
Qeyd edilir ki, Makron bütün fikir ayrılıqlarını yalnız diplomatiya yolu ilə həll etməyə çağırıb.