"Regionumuz elədir ki, eskalasiya riski var, lakin biz dövlət olaraq bunun genişmiqyaslı hərbi əməliyyatlara səbəb olmaması üçün addımlar atmalıyıq".
Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.
Sərkisyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi regionda sabitliyi pozmamaq, ümumi vəziyyətə hər hansı mənfi təsir göstərməmək üçün addımlar atır:
“Qoşunların toplanması ilə bağlı məlumat Müdafiə Nazirliyi tərəfindən də verilib. Lazımsız gərginliyin qarşısını almaq üçün rəsmi məlumatlara riayət etmək məsləhətdir, biz hər şeyi dərc edirik”.Erməni nazir müavini Azərbaycanın sərhədə artilleriya vasitələri topladığını da iddia edib.
Qeyd edək ki, Ermənistan qoşunları sərhədimizə yaxın ərazilərə yerləşdirilib. (Axar.az)