"Moskva Qarabağda davam edən gərginlikdən narahatdır".
Xarici KİV xəbər verir ki, bunu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O, qeyd edib ki, gərginlik səngimir və hətta bəzi bölgələrdə yüksəlməyə doğru gedir:
“Biz həm Yerevan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Əlbəttə, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış üçtərəfli sənədlərə uyğun hərəkət etməyə çağırırıq - təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”, - deyə, o, əlavə edib.
Becan.az