Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin təslim olmasından sonra müraciət yayıb.Paşinyanın müraciətindən əsas məqamları təqdim edirik:
◼️ Ermənistan Qarabağda atəşkəsin əldə olunması ilə bağlı bu gün yayılan mətnin hazırlanmasında heç bir şəkildə iştirak etməyib və danışıqlarda tərəf olmayıb.
◼️ Əgər Rusiya sülhməramlıları belə bir təklif irəli sürüblərsə, o zaman Qarabağ ermənilərinin təhlükəsizliyinə tam cavabdehlik daşıyırlar.
◼️ Mətndə “ER Silahlı Qüvvələrinin qalan hissələri haqqında” ifadəsi qeyd olunur. Biz bu faktı başa düşmürük, dəfələrlə demişik ki, 2021-ci ilin avqust ayından Ermənistan Respublikasının Qarabağda ordusu yoxdur.
◼️ Ermənistana aid olmayan mətndə Ermənistanın adının çəkilməsi dünənki bəyanatlarıma haqq qazandırır ki, Qarabağa hücumun məqsədlərindən biri Ermənistanı hərbi əməliyyatlara sürükləmək olub. Əgər Ermənistanı cəlb etmək mümkün olsaydı, bunun dərin məqsədi ölkənin müstəqilliyi və suverenliyi olmalı idi.
◼️ Mənə çatan son məlumat odur ki, döyüşlərin intensivliyi xeyli azalıb. Ümid edirik ki, hərbi eskalasiya davam etməyəcək, çünki belə şəraitdə sabitlik və hərbi əməliyyatların dayandırılması çox vacibdir.
◼️ Ermənistan atəşkəs razılaşmasını nəzərə alır.
Becan.az