Şəhid Qamət - Qamətli Şəhid... - Hərb tarixinin şərəfli səhifəsi

09:12 30.09.2023 2 863
Ötən il yazmışdım bu yazını, əlavəsini sonda oxuyun...

Şəhid Qamət - Qamətli Şəhid... - Hərb tarixinin şərəfli səhifəsi

2 il əvvəl, bu günlərdə Azərbaycan Ordusu Vətən torpaqlarının erməni işğalından azad olunması uğrunda genişmiqyaslı qurtuluş savaşı aparırdı. Xalq da Orduya dəstək məqsədilə hərtərəfli səbərbər olmuşdu. Hər kəs inanırdı ki, Azərbaycanın bu haqlı silahlı mübarizəsi Qarabağ və ətraf rayonların azad olunması yolunda son müharibəsi olacaq...

Hər gün Ali Baş Komandanın teleefirdən xalqa elan etdiyi qələbə xəbərləri uşaqdan-böyüyə bütün ölkə əhalisini sözlə ifadə edilə bilməyəcək sevincə və qürura bürümüşdü. Azərbaycan, tarixi düşmənini igid oğullarının qeyrətdən doğan vahiməli gücü ilə sürətlə, durmadan əzir, böyük tarixi zəfərə dəqiqəbədəqiqə yaxınlaşırdı... Və o tarixi gün 44 günün tamamında yəqinləşdi, Azərbaycan özünün olanı özünə qaytardı!..

Bəli, 2 il əvvəl Azərbaycan müharibə aparmasına baxmayaraq, bütün ölkədə görünməmiş bir xoş ovqat, əhval-ruhiyyə formalaşmışdı. Hər gün cəbhədən onlarla şəhid xəbərləri gəlsə də, xəstəxanalar yaralılarla dolsa da, cəbhəyə yaxın və uzaq yaşayış məntəqələri qadağan olunmuş raketlərlə vurulsa da, xalq 30 ildən artıq davam edən münaqişənin birdəfəlik, həm də qələbə ilə sonlanacağı fonunda çox xoşbəxt görünürdü. Hətta, ürəyi səksəkədə, yaşlı gözləri yollarda qalan əsgər valideynləri, hərbçi ailələri də ölkəni sarmış bu ümumxalq sevinci bölüşməyə vaxt ayıra bilirdilər. Təkcə...

Təkcə şəhid analarının, atalarının, doğmalarının nalələri, hıçqırtıları, sızıltıları eşidilirdi. Əlbəttə ki, dövlət, xalq-camaat şəhid ailələrini tək buraxmırdılar, kədərlərinə ortaq olmaq naminə əllərindən gələni edirdilər. Çünki, Şəhidlər həm də Dövlətin, Xalqın balalarıdı! Ancaq, neyləyəsən ki, oğul itkisi dərdlərin ən qəddarı, ən amansızıdı!..

Şəhidlik zirvəsini fəth etmiş qəhrəman oğullardan biri də Ağsu rayon, Keçdiməz kənd sakini Qamət Şəmşir oğlu Qurbanovdur...

Qamət uşaqlıq çağlarından cəld, diribaş, sözünü demək üçün kifayət qədər cəsarətli, həm də qanacaqlı, tərbiyəsi yerində olan Oğul kimi tanıtmışdı özünü öz elində. Hərbi xidmət yaşına çatan çağlarında bu dəyərlər Onda daha aşkar görünürdü. Təkcə doğmaları, qohumları arasında deyil, tay-tuşları, dostları arasında da varlığını lazımınca təsdiqlədə bilmişdi Qamət. Özünütəsdiq bacarığı Onun ordu sıralarında da yüksək səviyyədə xidmət keçməsinə vəsilə olmuşdu. Və "Vətən" müharibəsinin ilk günlərində də Qamət düşmən üzərinə qartal kimi şığıyan Azərbaycan Oğullarından biri idi...

Düşmən işğal etdiyi yüksəkliklərdə səngərlənərkən, doğma torpaqlarını azad etmək üçün hücuma atılmış Azərbaycan oğulları düzənlik ərazilərlə irəliləməyə məcbur idi. Məlumdur ki, hücuma keçən tərəfin itkilərlə qarşılaşacağı qaçılmazdır, üstəlik ərazi düzənliklərdən - açıq hədəflərdən ibarətdirsə. Ağır döyüşlər nəticəsində Azərbaycan Ordusu mümkün itkilərlə qarşılaşdı, amma bu, müdafiə olunan düşmənin itkilərindən qat-qat az idi. Çünki, həm Azərbaycan güclü, nizamlı və müasir orduya malik idi, həm də düşməndən fərqli olaraq, bizim əsgərlər öz torpaqlarını azad etmək uğrunda savaşa atılmışdılar...

Şəhidlik zirvəsinə ucalmaq o dəli-dolu, ədəb-ərkanlı, idmançı cüssəli, el canlı Qamətin də qismətində varmış. Qamət yuxarıda sadaladığımız bir sıra keyfiyyətləri ilə, doğrudan da evdən yox, eldən getdi. Amma bu gediş Onu elə bir zirvəyə aparıb çıxardı ki, o zirvə Qamətin ömür yolu ilə bərabər, Azərbaycanın hərb tarixinə, qəhrəmanlıq səhifələrinə həmişə işıq salacaq! Şəhidlik zirvəsi hər kəsə nəsib olmaz, çünki Şəhidlər Allahın sevdiyi və seçdiyi bəndələrdir...

Cəsur Oğulların qəhrəmanlıqları sayəsində Azərbaycan tarixi qələbəyə imza atdı, təkcə düşməni deyil, düşmənin timsalında böyük havadarlarını da döyüş meydanında diz çökməyə məcbur etdi. Azərbaycan Ordusu mümkün olmayanları da mümkün etməklə, - tankın, topun üstünə yüngül silahlarla, sıldırımları dırmanaraq getməklə, qayaların üstündə yerləşən, təbii qala olan Şuşa şəhərini əlbəyaxa döyüşlərlə azad etməklə, - bütün dünyaya sübut elədi ki, Azərbaycan Oğulları özünün olanı əldə etmək üçün ölümə meydan oxumağı bacarır. "Dəmir yumruq"la burnu əzilən ermənilər, ağır məğlubiyyət acısından reallıqla hələ də barışa bilməsələr də, məğlubiyyət nəticəsində boyunlarına qoyulan öhdəlikləri yerinə yetirməkdə laqeydlik etsələr də, Ordumuz, bu gün də, lazım gəldikcə, düşmənin "itaət mexanizmi"ni özünəməxsus üsulla oyadır, -" dəmir yumruq"u havada saxlayır!..

Bütün Şəhidlərimizi hörmətlə anaraq, ruhları qarşısında baş əyərək, ağır itki, dərin hüzn baxımından, Qamətin valideynlərinə bir daha başsağlığı veririk, tükənməz səbr diləyirik, Onun müqəddəs zirvəyə qovuşması sarıdan isə qəminiz kəm, başınız daim uca olsun, - deyirik!

Qeyd edək ki, Şəhidimiz - Qamət Şəmşir oğlu Qurbanov uğrunda canından keçdiyi torpağa 30 sentyabr, 2020-ci ildə tapşırılıb. Bu gün əziz balamızın-qardaşımızın-dostumuzun ildönümüdür. Bu səbəbdən, Şəhidin ata ocağında tədbir keçiriləcək. Unutmayaq: Ən müqəddəs borclarımızdan biri Şəhidlərimizin məzarlarını ziyarət etmək, onların ruhlarına dualar oxumaqdır!

P. S. Nəhayət, 19-20 sentyabr, 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatları ilə Qarabağ torpağı tamamilə azadlığa qovuşdu. Artıq Xankəndi də daxil olmaqla, bütün Qarabağ ərazisində Azərbaycan Bayrağı dalğalanır! Buna görə, təbii ki, Şəhidlərimizə, Qazi və Qəhrəmanlarımıza borcluyuq!

Seymur ƏHMƏD
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO