Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas İsrailin Fələstin xalqına hücumunun dayandırılmasını və humanitar yüklərin çatdırılması üçün təcili Qəzza sektoruna dəhliz açılmasını tələb edib.Xəbərə görə, Mahmud Abbas bunu Qahirədə Fələstin üzrə Qahirə Sammitində bəyan edib.
Mahmud Abbas mülki şəxslərə hücumu qınayıb, bütün saxlanılanların azadlığa buraxılmasına çağırıb. Fələstin Dövlətinin Prezidenti Qəzza sakinlərinin anklavdan kənara çıxarılması təhlükəsi barədə xəbərdarlıq edib:
“Fələstinlilər heç vaxt torpaqlarını tərk etməyəcək, əbədi öz torpaqlarında qalacaq”.Mahmud Abbas BMT-ni Fələstin xalqını qorumaq üçün məsuliyyəti üzərinə ötürməyə çağırıb. Onun sözlərinə görə, təhlükəsizlik və sülhə yalnız 1967-ci il sərhədləri çərçivəsində iki müstəqil dövlətin yaradılması ilə mümkündür.
Becan.az