"İsrail radikal islama qarşı Üçüncü Dünya müharibəsi aparır".Xəbər verilir ki, bunu İsrailin energetika naziri İsrail Kats deyib.
“İsrail həmişə öz müharibələrini təkbaşına aparmağa çalışıb. Hətta, ABŞ-la müqayisədə belə. Düzdür, İsrail həm maliyyə, həm də hərbi cəhətdən dəstəklənir, ancaq biz tək mübarizə aparırıq. Biz “radikal islama” qarşı Üçüncü Dünya müharibəsinə girmişik. Mən Avropa və ABŞ-ın mövqelərini çox yaxşı başa düşürəm. Çünki bu, təkcə bizim müharibəmiz deyil. Müharibə Avropanın daxilində də gedir. Bu gün bu dünya müharibəsini İran aparır”, - deyə, o, bildirib./Axaraz.az