İran Qərbi Azərbaycanda uranın istismarı ilə bağlı işlərə başlayıb.Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti və rəhbəri Məhəmməd İslami, “Həmzə” hərbi bazasının komandiri Sərdar Pourjamşidian və Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Sadiq Motamedianın iştirakı ilə “Diləkverdi” (Qərbi Azərbaycan şəhidləri) Uran Mədəni və Çaldıran Sənaye Kompleksinin icra əməliyyatları başlayıb.
Qeyd edək ki, İslam Respublikasının Azərbaycanda uran mədənlərinə böyük sərmayə qoyması yeraltı sərvətlərin talan edilməsi və bu regionun dağıdılması layihəsinin tərkib hissəsidir.