Bu gün səhər iki F-16 qırıcısı Suriyanın İraqla sərhədində yerləşən Əbu Kamal şəhəri yaxınlığında Suriyada silah və sursat istehsal edən obyektlərə zərbələr endirib.Xəbər verilir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin bildirib.
“Prezident Baydenin göstərişi ilə ABŞ qüvvələri İrqala sərhəddə - Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə özünümüdafiə məqsədi ilə zərbələr endirib. Bu dəqiq zərbələr İranın dəstəklədiyi silahlı qruplar tərəfindən İraq və Suriyada ABŞ hərbçilərinə qarşı davam edən silsilə hücumlara cavabdır”, - deyə, ABŞ Müdafiə naziri Lloyd Ostin bildirib.
Becan.az