Yəmən rəsmi olaraq İsrailə müharibə elan edib.Axar.az xəbər verir ki, bu barədə NEXTA Teleqram kanalı Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, general Yəhya Sariyə istinadla məlumat yayıb.
“Silahlı Qüvvələrimiz İsraildəki müxtəlif hədəflərə güclü ballistik və qanadlı raketlər, eləcə də çoxlu sayda PUA-larla zərbələr endirib. Biz İsrail təcavüzü dayanana qədər daha keyfiyyətli raket və dron hücumları həyata keçirməyə davam edəcəyik”, - Sari bildirib.