İcbari tibbi sığorta haqları artırılır? - Natiq Cəfərli Rəşad Mahmudovu tənqid etdi

11:26 13.11.2023 2 268
İcbari tibbi sığorta haqları artırılır? - Natiq Cəfərli Rəşad Mahmudovu tənqid etdi

Xəbər verildiyi kimi, Azərbaycanda icbari tibbi sığorta haqlarının artırılması təklif edilib.

Millət vəkili Rəşad Mahmudov bildirib ki, icbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var. Çünki Türkiyədə bu rəqəm 12 faizdir:

"Bizdə də yığımları ən azından 1 faiz artırmaqla səhiyyəmizin bir sıra problemlərini həll edə bilərik. Beynəlxalq səviyyədə imicimizə zərbə vuran bir məsələ var. Bu, bəzi nadir xəstəliklərin dövlət proqramına salınmamasıdır. Düzdür, ötən il kistoz, fibroz salındı, lakin əlavə iki-üç xəstəlik var ki, onlar da dövlət proqramına salınmalıdır".

Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, icbari tibbi sığorta yığımı faizlərini artırmaq yox, yığılmış vəsaitin daha səmərəli istifadəsi, eləcə də bu vəsait qarşılığında göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi barədə düşünülməlidir:

“Bizdə çox vaxt keyfiyyət dəyişikliyi əvəzinə, qiymət artımı, verginin qaldırılması barədə düşünülür. Baha xidmətin yüksək də keyfiyyəti olmalıdır. Amma təəssüf ki, yoxdur”.

N.Cəfərlinin sözlərinə görə, bu gün vətəndaşların böyük əksəriyyəti icbari tibbi sığorta zərfinə daxil edilmiş tibbi xidmətlərdən bəhrələnə bilmirlər:

“Ümumiyyətlə, icbari tibbi sığorta zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən xeyli sayda məlumatsız insan var. Məlumatı olanlar isə xidmət səviyyəsi aşağı olduğundan icbari tibbi sığorta haqqı ödəsə də, bəhrələnə bilmir".

Ekspert qeyd edib ki, bundan başqa, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sahəsi çox dardır. Bu da vətəndaşlara əlavə problem yaradır:

"İnsanlar laborator xidmətlərdən tutmuş, diaqnostika və müalicəyə qədər keyfiyyətli tibbi xidmət üçün özəl tibb müəssisələrinə müraciət etməli olurlar. Çünki söhbət sağlamlıqdan gedir. Bir sıra cərrahiyyə əməliyyatları var ki, onları icbari tibbi sığorta qarşılamır. Ona görə də sadalanan problemləri həll etdikdən sonra icbari tibbi sığorta yığımlarını artırmaq olar".

N.Cəfərli bildirib ki, icbari tibbi sığorta yığımlarının artırılması vergilərin artırılması deməkdir. İstənilən icbari yığım vergi növüdür:

“Bu, faktiki olaraq vergilərin artırılmasıdır. Yığımla bağlı təklif hazıirki iqtisadi durumda məqsədəuyğun deyil".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}