"Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyir, amma bu tərəfdən də öz ərazisindən ağır hücum silahlarının Ermənistana daşınmasına şərait yaradır".Bunu Bakupost.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın Gürcüstan vasitəsilə çatdırılmasını şərh edərkən bildirib.
O qeyd edib ki, Ermənistana silah çatdırılması üçün öz ərazisindən istifadəyə şərait yaradan Gürcüstan nəinki vasitəçi ola biləməz, hətta ona müttəfiq kimi baxmaq da düz deyil:
"Həmişə belə olub. Beynəlxalq münasibətlərdə, qonşuluq münasibətlərində Cənub Qafqazda yeganə dəyanətli və ləyaqətli dövlət Azərbaycandır".