“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs olunub.Unikal.az xəbər verir ki, o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə məsuliyyətə cəlb olunub.