Fotobloqçu Vəli Şükürov həbs edilib

22:12 5.02.2023 1 791
Fotobloqçu Vəli Şükürov həbs edilib

Fevralın 5-də Bakının Səbail Rayon Məhkəməsi fotobloqçu Vəli Şükürov barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmama) maddələri təqsirli bilinib. Bu barədə Turan-a fotobloqerin həyat yoldaşı Aytac Ələnur məlumat verib.

O, ərinə qarşı irəli sürülən ittihamları əsassız hesab edir.

Ələnurun sözlərinə görə, fevralın 4-də səhər saatlarında Şükürov Binəqədi polisinə çağırılıb.

Şükürov 1 saata yaxın polisdə olub, sonra sərbəst buraxılıb. O, həyat yoldaşının bir polis əməkdaşı ilə bağlı dindirildiyini deyib.

“Üç il əvvəl Vəli bu polis işçisinə bir maşının nömrəsini verib və onun kimə məxsus olduğunu öyrənmək istəyib. Dünən polis idarəsində özü üçün maraqlanıb və maşının sahibi ilə bağlı heç bir yerdə məlumat yaymayıb”, - deyə Ələnur daha sonra bildirib.

Onun sözlərinə görə, Şükürov sərbəst buraxılandan sonra, fevralın 4-də gün ərzində mülki geyimli şəxslər onların evlərinə iki dəfə gəlsə də, əri mənzildə olmayıb.

Axşam saat 21 radələrində Ələnur əri ilə birlikdə evə qayıdarkən, Şükürovu saxlayıblar.

Polis saxlanılmanın səbəbləri ilə bağlı heç bir məlumat verməyib.

Və yalnız fevralın 5-də saat 13:00 radələrində vəkil Zibeidə Sadıqova Şükürovun 30 sutka həbs olunduğunu öyrənə bilib.

Bu qərardan apellyasiya şikayəti veriləcək.

Bloqqerin həyat yoldaşı ərinə qarşı irəli sürülən ittihamları əsassız hesab edir.

“Vəli tamamilə sakit, qanuna tabe olan insadır, ona görə bu ittihamlar inandırıcı deyil. O, polisə cağrılan kimi özü gedib. Onu mənim gözlərim qarşısında saxladılar və Vəli heç bir müqavəmət göstərməyib”, - deyə, Ələnur bildirib.

Qeyd edək ki, Şükürov daha çox səyahət blogeri kimi tanınır və səyahətlərindən fotoları əsasən İnstaqramda paylaşır (https://www.instagram.com/velishukurov_photo).

Vəli Şükürov 2020-ci ilin payızında 44 günlük Qarabağ müharibəsini də işıqlandırıb və onun işi Azərbaycan Tarixi Muzeyində təşkil olunan fotosərgidə təqdim olunub.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}