Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati həbs müddəti başa çatıb və o, bu gün azadlığa buraxılıb.
Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
O əlavə edib ki, atası xəstəxanadan çıxıb və hazırda evdədir.
Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.
Becan.az