Rusiya xəbərdarlıq etdi: İrəvan üçtərəfli bəyanatı inkar etməklə riskə gedir

21:59 14.12.2023 1 295
Rusiya xəbərdarlıq etdi: İrəvan üçtərəfli bəyanatı inkar etməklə riskə gedir

"Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsi olmadığına görə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarını rədd etmək cəhdlərini son dərəcə təhlükəli hesab edir".

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər toplusu Bakı və İrəvan arasında barışıq üçün alternativi olmayan yol xəritəsidir. Bu, Ermənistan-Azərbaycan normallaşmasının bütün əsas sahələrini əhatə edir: iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını, sülh müqaviləsinin bağlanmasını və ictimaiyyət və ekspert dairələri arasında dialoqun inkişaf etdirilməsini. Bu sazişlər qüvvədə qalır, tərəflərdən heç biri imzasını geri götürməyib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması nəzərə alınaraq, biz bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə bir addım ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək".


Zaxarova vurğulayıb ki, Moskva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun yaxın vaxtlarda Rusiyada təşkili təklifini təsdiqləyir.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında əsirlərin mübadiləsinə dair son sazişlərin və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın reqlamenti haqqında razılaşmanın əhəmiyyətinə baxmayaraq, üç ölkə liderlərinin 2021-ci ilin noyabrında razılaşdırdığı real delimitasiya işləri hələ də başlamayıb:

"Avropa İttifaqının missiyasını respublikaya dəvət etmək üçün Ermənistan tərəfi KTMT-nin sərhəd zonalarında vəziyyətin sabitləşdirilməsi mexanizmlərindən imtina edib.

Deməli, yüksək səviyyəli liderlərin qeyd olunan qərarlarının icrasının dayandırılması bəzilərinin iddia etdiyi kimi Moskvanın siyasətinin deyil, İrəvanın hərəkətlərinin qeyri-ardıcıllığının birbaşa nəticəsidir".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}