Hakan Fidan ABŞ-dan sonra niyə dərhal Bakıya gəldi? - Sensasion detal

18:50 15.12.2023 1 631
Hakan Fidan ABŞ-dan sonra niyə dərhal Bakıya gəldi? - Sensasion detal

Türkiyə xarici işlər naziri Hakan Fidanın 9 dekabrda ABŞ-da Dövlət katibi Entoni Blinkenlə görüşdən dərhal sonra – 14 dekabrda Bakıya səfər etməsi olduqca mühüm əhəmiyyət daşıyır.

Hakan Fidanın Blinkenlə Qəzzanı müzakirə etdiyi barədə məlumat qabardılmışdı. Ancaq Fidanın Bakı səfərində azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransı və bu konfransda verilən bəyanat ABŞ və Türkiyənin Cənubi Qafqazla bağlı ciddi bir mövqe yaxınlaşması əldə etdiyini düşünməyə əsas verdi.

Ceyhun Bayramov ötən gün Fidanla birgə mətbuat konfransında Azərbaycan-Ermənistan danışıqlarında Türkiyənin de-fakto iştirak etdiyini rəsmən elan etdi:

“Zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”.

Fidanla Bayramov Bakıdan bu bəyanatı verdikdən bir neçə saat sonra isə ABŞ-dan “əks-səda” gəldi. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə bildirdi ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır.

Miller Cənubi Qafqazın 9 dekabrda Fidan-Blinken görüşündə xüsusi müzakirə predmeti olduğunu da vurğuladı:

“Bu mövzu (Cənubi Qafqaz regionu və Azərbaycan-Ermənistan münasibətləri – red.) ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir”.

Düşünmək olar ki, Türkiyə regiondan kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsini bloklamaqla məşğuldur və Qərbin bu məsələdə “Rusiya qorxusu”nu da aradan qaldırır: Qərb Cənubi Qafqazı Türkiyəyə güzəştə getməklə, Rusiyanın neytrallaşdırılacağına zəmanət alıb və yaxud bu istiqamətdə çalışır. Buna görə də ABŞ artıq Türkiyənin, o cümlədən, Azərbaycanın mövqeyini bölüşür – tərəflərin ikitərəfli (vasitəçisiz) danışıqlarını dəstəkləyir.

Bu məqamda daha bir maraqlı fakt Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın 2024-cü ilin yanvarında Ceyhun Bayramovla Ararat Mirzoyanın ABŞ-da görüşünün olacağı barədə informasiyasıdır. Marukyanın bu məlumatının bir gün sonra Azərbaycan və Ermənistan XİN tərəfindən təkzib edilməsi xüsusi nüansdır. Marukyan sıradan adam deyil, xüsusi tapşırıqlar üzrə səfirdir və əsası olmayan informasiyanı yaymağın da məsuliyyətini yaxşı bilir. Onun bu informasiyanı yaymasının dərhal ardından Rusiyanın aktivləşməsi və nazirlərin Moskvada görüşünü təşkil etməyə hazır olması barədə açıqlaması özünü çox gözlətmədi. Görünür ki, Vaşinqton görüşü ilə bağlı ilkin razılıq da bundan sonra hər iki tərəfdən geri götürülüb, yəni ABŞ və Rusiya platformalarından imtina edilir.

Buna baxmayaraq, AB hazırda daha aktiv görünür və israrla Brüssel formatını təklif edir. Belə çıxır ki, Türkiyə iki gücü Bakı-İrəvan danışıqlarından çıxarmaq üzrədir, qalır AB.

Böyük ehtimalla, Brüssel formatı da neytrallaşacaq - əgər ABŞ artıq Cənubi Qafqazda birbaşa Türkiyə ilə işləmək qərarı verirsə, Fransanın dominantlıq etdiyi AB təsir imkanlarını genişləndirə bilməyəcək.(Axar.az)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}