Qəzzada həyatını itirən fələstinlilərin sayı 19 min 667-yə çatıb.
Xəbər verilir ki, Qəzza zolağındakı son vəziyyətlə bağlı Səhiyyə Nazirliyindən açıqlama verilib.
Belə ki, İsrailin həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı son 24 saatda 214 nəfər artaraq 19 min 667 nəfərə çatıb.
Oktyabrın 7-dən bu yana yaralananların sayı isə 52 min 586-ya çatıb.
Qeyd edək ki, İsrailin hava, quru və dəniz hücumlarında 53 min ton bomba istifadə edilib. Bombardmanlar zamanı Qəzza zolağında 52 min 500 evin tamamilə dağıldığı bildirilib.
Becan.az