Bu gün İraqın şimalında "Pəncə kilid" əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, bir nəfər yaralanıb.Xəbər verilir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçularla qarşıdurma zamanı 13 terrorçu da məhv edilib.
Bölgədə əməliyyatın davam etdirildiyi bildirilir.
Qeyd edək ki, ötən gün də türk ordusu 6 şəhid verib.
Becan.az