Jurnalist Səbuhi Məmmədovun (Məmmədli - red.) səhhətində ciddi dəyişiklik yoxdur.
Bu barədə APA TƏBİB-in verdiyi məlumatı yayıb.
Məlumatda bildirilir ki, onun vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədlinin müalicəsi Yeni Klinikanın Reanimasiya şöbəsində davam etdirilir. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. Bu gün hemodializ müalicəsi alması nəzərdə tutulub.
Xatırladaq ki, Səbuhi Məmmədli
"Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.